Ağlın qürubu

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Rejim telekanallarından tanıdığımız, öz aləmində guya Ezop dili ilə, üstüörtülü şəkildəədalətsizliyi qamçılayan Orxan Fikrətoğlunun belə cümlələri var imiş, dünən sosial şəbəkələrdəki paylaşımdan xəbər tutdum:

“Qərb dəyərləri” adı ilə çox şeyi dəyişdilər:

– Zinanın adını dəyişib etdilər “azad seks”;

– Faizin adını dəyişib etdilər “kredit”;

– Qumarın adını dəyişib etdilər “lotereya”, “şot yazmaq”;

– Içkinin adını dəyişib etdilər “boğaz yaşlamaq”;

– Kafir Xorenin adını da dəyişib etdilər “ateist”;

Brat, amma bir şeyi unutma:

Cəhənnəm eləəvvəlki cəhənnəmdir. Adı da üstündə…”

Bu cümlələr hansı normal insan beyninin məhsulu ola bilər? 

Hansı normal insan ağlı ateizmi “Kafir Xoren”lə eyniləşdirə bilər? 

Yaxud, içkinin “boğaz yaşlamaq” kimi qəbul edilməsinin Qərb dəyərləri iləəlaqəsi nədir?

Bu ifadə 60 iləvvəl – antiQərb təbliğatının qızğın dövründə “O olmasın, bu olsun” filmində personajların birinin dilindən səslənir. 

Üstəlik, “boğaz yaşlamaq” yalnız spirtli içki iləəlaqəli deyil ki.

Məsələn: “Dərviş handan-hana özünə gəldi, bir udum çay aldı, boğazını yaşladı, yenə danışığa başladı”. Bu cümlə Abdulla bəy Divanbəyoğludandır, özü də hardasa 80 iləvvəl yazılıb.

Faiz sözünün kredit sözü iləəvəzlənməsini yazır, yenə bunun Qərb dəyərləri ilə hansı bağının olduğu anlaşılmır. 

Əvvəla, kreditdənəvvəl bu ölkədə yüzillər boyu sələm olub. Hər halda kredit şərtləri sələm şərtləri ilə müqayisədə daha insaflıdır.

Ikincisi, belə boş, mənasız müdriklikdənsə Azərbaycanın insanının kreditlərə möhtac qalmasından danışmaq, bu zəngin torpaqlar üzərində yaşayanları kredit bataqlığında boğanlardan yazmaq lazımdır.

“Zina”nın “azad seks”ə, “qumarın lotoreya”ya çevrilməsinə görə də Qərb dəyərlərini suçlamaq cahillikdən başqa bir şey deyil. Yüz il öncə belə bu ölkədə nə pisliklərin döndüyünü, nə yaramazlıqların yaşandığını görmək üçün gedib Haqverdiyevi, Mirzə Cəlili, Sabiri, Axundovu, Seyidəzim Şirvanini yaxşı-yaxşı oxumaq lazımdır. 

“Xortdanın cəhənnəm məktubları”nı, “Ölülər”i oxuduqca fikrətoğluların bu tipli zəvzəklikləri nə qədər ürəkbulandırıcı səslənir. 

Başqasının arvadını qaçırmış bir roman qəhrəmanını uzun illər bu ölkədə “kişilik etalonu” kimi təqdim edən hansısa Qərb-filan olmayıb.

Söhbəti daha artıq uzatmaq istəmirəm.

Bilgi sahibi olmadan fikir sahibi olanlar həmişə gülməli vəziyyətə düşüblər, bundan sonra da düşəcəklər.

Sadəcə, yazıq bu vətənə və millətə ki, onun ekran-efiri, yüksək tribunaları belələrininəlindədir.

Yüz kərə yazıq, min kərə yazıq!

Narahatlıq növbəsi

Ərdoğanın Amerika qitəsini Kolumbdanəvvəl müsəlmanların kəşf etdiyini deməsindən sonra könlümdən ABŞ-ın bizdəki keçmiş səfiri Riçard Morninqstara belə bir teleqram vurmaq keçdi: “Cənab Morninqstar! Siz burada rejimin mürtəce addımlarından tez-tez narahat olurdunuz. Hətta öz aramızda yarızarafat, yarıgerçək sizdən söz düşəndə ”Narahatəmi” deyə bəhs edirdik. Indi isə narahat olmaq növbəsi bizimdir. Biz dəərdoğanın Amerikanı müsəlmanların kəşf etməsi barədə bəyanatından çox narahatıq”. 

Xalqın gözü və sözü

“Gör pulları nə qədər artıb ki, daha arayışa görə rüşvət almırlar, ”Asan xidmət”lə verirlər” (dayanacaqda təsadüfən bir nəfərin dilindən eşitdim).

Ötəri bir not

Tez-tez yazılarımda səhv tuturlar, deyirlər, “filan sözdə filan hərfi yemisən”.

Diqqətlərinə görə sağ olsunlar.

Arzu edirəm, mənə bir “hərfi yeməyimi” bağışlamayanlar xalqın sərvətlərini basıb yeyənlərə qarşı da bax beləcə barışmaz olsunlar.