
Gürcüstanın seperatçı bölgəsi Abxaziyanın baş naziri Beslan Butba kəllə-beyin zədəsi ilə xəstəxanalıq olub.
ANS PRESS-in məlumatına görə, dünən axşam saatlarında hücum ediləndən sonra, o, Suxumi xəstəxanasına yerləşdirilib.
Baş nazirin qohumları xəbər veriblər ki, onun maşınını, dünən saat 22:00 radələrində şəhərin mərkəzində magistral avtomobil yolunda saxlayıblar. Digər avtomobildən iki nəfər çıxaraq Butbanı döyüblər. Ailəsi də Butbanın yanında olub.
Milis basqınçıların cip avtomobilini artıq uzaqda şəhərin Suxumi rayonunda saxlaya bilib.


