Napoleonun papağı 2,2 milyon dollara satılıb

Fransa imperatoru Napoleon Bonaparta məxsus olmuş üçkünclü papaq Fransada hərraca çıxarıllaraq 2,2 mln dollara satılıb.

Bu barədə Fransa paytaxtından 55 km aralıda yerləşən Fontenbloda keçirilən hərracın təşkilatçıları xəbər verib.

Ekspertlərin sözlərinə görə, fransalı imperatorun vaxtı ilə taxdığı 20-dək belə papaq hələ də qalmaqdadır.

Qrimaldi ailəsinə məxusus Napoleon kolleksiyasından hərraca papaqla yanaşı 1000-dək əşya çıxarılmışdı.

Qrimaldi ailəsinin məşhur təmsilçilərindən biri də Monako knyazı II Albertdir .

Fransa müzeylərilə yanaşı biznes nümayəndələri və zəngin kolleksiyaçıların iştirak etdiyi hərrac cəmiyyətdə böyük marağa səbəb olub. (BBC azeri)