Orxan Valehli
“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 114 nömrəli Sərəncamı ilə yaradılmışdır.” Yarandığı günə lənət olsun.Niyə? Niyəsini qeyd edəcəm. Deməli belə : Əvvəllər rüşvəti bir məmur alırdısa, indi bu say dəfələrlə artıb.
1.Rəis 2.Rəis müavini. 3.Böyük prokuror. 4.İstintaq şöbəsi. 5.Təşkilati və informasiya təminatı şöbəsi. 6.Preventiv tədbirlər və təhqiqat şöbəsi. 7.Əməliyyat şöbəsi. 8. Əməliyyat təminatı şöbəsi. 9. Daxil təhlükəsizlik xidməti. 10. Mütəxəssislər qrupu. Əlimdə belə bir imkan var ki, bu vəzifələrdə oturanların hər birinin adın qeyd edim.Amma ehtiyac duymuram.Onlar olmasa da, qeyri onlar olacaq. Necə deyərlər. “Balıq başdan iylənər”. Bu yaradılmış qrupların və şöbələrin, Anti korrupsiyada çox “əməyi” var. Şahidi olduğum bir hadisə ilə örnək vermək istəyirəm. Özümdən başqa da şahidlərim var.
Deməli bir yaxın adam var,bu evlərinə gələrkən yolun bağlı olduğunu görüb, və alternativ yoldan istifadə etmək qərarına gəlib.(Onların evinə 3 ayrı yolla getmək olur.
Və qeyd edim ki, bu yollar su və kanalizasiya çəkmək adı ilə bağlanıb.Amma qeyri sistemli şəkildə.Hər 3 yolu eyni anda qazıb yararsız hala gətiriblər.İşdən evinə gələn camaat, öz maşınların evlərindən 2-3 km uzaqda saxlayıb piyada gəlirlər. Alternativ yol verilmir. (Necə ki, siyasətdə də alternativsizlik yaratmaq istəyirlər.) Həmin alternativ yol isə, bərbad vəziyyətdə və 1-2 km uzaqdır.Evlərinə çatmağa az qalmış, görüb ki, polislər yolu lentlə bağlayıblar. Halbuki, oradan keçmək mümkün imiş. Yolu keçərkən bilmədən lenti qırıb və dərhal polislər bunu saxlayıb. Özləri lotuluq edə-edə, bunu lotuluq etməkdə günahlandırıb, döyüblər.Özünü də polis bölməsinə aparıblar. Bölmədə də ciddi döyülmə hadisəsi baş verib. Heç bir cərimə yazılmamış, bundan 2000 manata yaxın rüşvət alıblar. Və həmin adam özü verməyib o rüşvəti.Özü narazı olsa da, atası qorxub verib. Oğlan evə gələrək atasından xəbərsiz qaynar xəttə zəng edib. Aradan 1-2 həftə keçdikdən sonra, anti korrupsiya idarəsindən gəliblər. Və bundan nə qədər pul aldıqların soruşub gediblər.Sonradan məlum oldu ki, onlar bu sualı elə-belə verməyiblər.Bu oğlandan rüşvət alan məmurdan, qat-qat artıq rüşvət alıb gediblər. ”
İndi həmin insan qorxu içindədir.Həmin vəzifə sahibindən qorxur ki, o ondan alınan qat-qat artıq pulun əvəzin bundan çıxacaq.Bax budur sistemləşdirilmiş korrupsiya. Bax budur millətin gözündən pərdə asmaq.Bax budur şərəfsizlik! Bu yollarla, həm də onlar öz düşüncələrində, “satqın kimdir, sadiq kimdir”, öyrənmək istəyirlər. Bu kimin ağlına gələrdi ? 92-93 cü illərdə bu cür alçaqlıq vardı? 92-93 cü illərdə “Saxarov”mükafatı bilirdikmi nədir? Amma bu yaxınlarda 100- ə yaxın siyasi məhbusa bu mükafat verildi. O mükafatı alanlar bilirsinizmi kimlərdir? Başına gələn əhvalatı danışan insanlardı.Siyasətin nə olduğun bilməyən insanlar belə, bu cür zülmlərin qarşısında bitərəf qala bilmirlər.İndi həmin insanın mənimlə çiyin-çiyinə vuruşması bəlkə də qaçılmazdır.Artıq müraciət belə edib.Bax bu hakimiyyət, insanları bu cür oyunları ilə özünə qarşı edir. Nə qədər ki, bu cür alçaqlıqlar davam edəcək, müxalifətçilərin sayı gündən-günə artacaq!


