
Şəkildə gördüyünüz qız Sabirə Daşdəmirovadır. Uşaq yaşlarından serebral iflic xəstəliyindən əziyyət çəkir. 12 yaşında kompleks müalicə nəticəsində yeriməyə başlayıb, amma sonralar ailənin maddi durumu imkan vermədiyinə görə müalicə dayandırılıb. Hazırda 35 yaşında olan Sabirə kənar şəxslərin yardımı ilə yerisə də, ümumiyyətlə gününü yataqda keçirir. Bir müddət xeyirxah insanların yardımı sayəsində Türkiyədə müalicə olunan Sabirə yenə belə insanların tapılacağına ümid edir. Çünki həkimlər yeriməsi üçün kompleks müalicənin davam etməsini və yaxşı nəticə verəcəyini vəd edirlər. O, qəzetimiz vasitəsilə bütün imkanlı insanlara üz tutub, onun səsinə səs verməyə çağırır. Biz də, imkanlı soydaşlarımızı bu işə yardımçı olmağa, mərhəmət əllərini uzatmağa səsləyirik.
Sabirə Daşdəmirovanın əlaqə telefonları: 412 09 87(ev), mob. 051 470 55 98.
Onunla FB səhifəsi vasitəsilə də əlaqə saxlayıb, dəstəyinizi ifadə edə bilərsiniz.


