Dünyanın ən şən şəhərləri

Dünyanın ən şən şəhərlərinin reytinqi açıqlanıb. Reytinq 1800-dən çox şəhərin restoran, bar şəbəkəsi və qonaqpərvərlik keyfiyyətlərinə əsaslanır.

“GetYourGuide” turizm şirkətinin bilet satışı ilə məşğul olan “GoEuro” şirkəti ilə birgə apardığı araşdırmaya görə, dünyanın ən şən şəhəri Almaniyanın paytaxtı Berlindir. Berlinə birincilik qazandıran restoran və barlarında pivənin ucuz olması olub.

Ən şən şəhərlər siyahısının ilk beşliyi belədir: Berlin, London, Paris, Nyu-York, Tokio. Berlini şən edən ucuz pivə, Londonu gecə klublarıdır. Paris isə məşğuliyyət tappmaq üçün ən münasib yerdir. Ən maraqsız şəhər isə Nyu-Dehlidir.