Hökumət Əli Insanovdan əfv ərizəsi gözləyir

Sahib Məmmədov: «O, nə vaxtından əvvəl şərti azad olunmaq üçün məhkəməyə şikayət verir, nə də əfv üçün müraciət edir»

Keçmiş səhiyyə naziri Əli Insanovun azadlığa buraxılacağı və bununla bağlı Insan Hüquqları üzrə Birgə Işçi Qrupunda müzakirələr getdiyi barədə məlumat yayılıb.

Işçi Qrupun Sahib Məmmədov isə “trend”ə açıqlamsında deyib ki, Əli Insanovun azadlığa buraxılacağı haqda yayılan məlumatlar əsassızdır: “Işçi Qrupunda hamının məsələsi müzakirə oluna bilər, amma bununla bağlı tövsiyə verilib-verilməməsi məsələsi var. Əli Insanov barəsində heç bir qərar qəbul etmək mümkün deyil. O, nə vaxtından əvvəl şərti azad olunmaq üçün məhkəməyə şikayət verir, nə də əfv üçün müraciət edir. Bu hüquqi prosedurlardan ən azı biri olmalıdır ki, Əli Insanovun məsələsinə baxılsın. Olmadığı halda, onunla bağlı hökumət nə qərar qəbul edə bilər ki?”

Keçmiş nazirin vəkili Toğrul Babayev “Azadlıq”a açıqlamasında bildirib ki, Əli Insanovla növbəti görüşündə bu məsələni müzakirə edəcək. Vəkil qeyd edib ki, Əli Insanovun Işçi Qrupla bağlı fikirlərini öyrənib, bu haqda məlumat verəcək.

Nigar