AB Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa Birliyi rəhbərliyi Rusiya məmurlarına, iş adamlarına və dövlət şirkətlərinə qarşı yeni sanksiyalar hazırlayıb. Sanksiyaların hüquqi baxımdan rəsmiləşdirilməsi üçün Avropa Birliyi Şurasının qərarı lazımdır. 

Noyabrın 17-də Brüsseldə Avropa Birliyi xarici işlər nazirləri Ukraynadakı durumu müzakirə edəcək. Eyni zamanda yeni sanksiyalar da diqqət mərkəzində olacaq. 

azadlıq.info