Liderlər mitinqə qiymət verdi

Milli Şuranın noyabrın 9-na təyin etdi «siyasi məhbuslara azadlıq» tələbi ilə keçirdiyi aksiya hakimiyyətin təxribatana baxmayaraq izdihamlığı ilə yadda qaldı. Aksiyanın Bayraq Gününə təsadüf etməsi isə mitinqin önəmini iki qat artırdı. Aksiyadan sonra Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli «Amerikanın səsi»nə açıqlamalarında 9 noyabr mitinqinə qiymət veriblər.

Əli Kərimli: «Hesab edirəm ki, mitinqimiz yüksək səviyyədə baş tutdu»

AXCP sədri Əli Kərimli bildirdi ki, aksiyadan öncə hakimiyyət sosial şəbəkələrdə aksiya ilə bağlı çoxlu təxribatlara yol verdi. «Facebook»da Cəmil Həsənlinin adına açılmış səhifə, aksiya ilə bağlı yaradılan «event» buna misaldır: «Amma bütün bunların heç biri hakimiyyətin qanının arasına girmədi. Yenə də millətimiz aksiyaya gəldi və biz siyasi məhbuslara azadlıq tələb etdik. Bu baxımdan hesab edirəm ki, mitinqimiz yüksək səviyyədə baş tutdu».

Cəmil Həsənli: «Bu prosesi davam etdirmək lazımdır»

Milli Şuranın sədri Cəmil Həsənli isə hesab edir ki, Bayraq Günündə Milli Şuranın keçirdiyi aksiyanın meydana bəlkə də yeganə məkan idi ki, orada Azərbaycan bayrağı şərəf və ləyaqətlə dalğalandı: «Əslində bayrağın əsl sahibləri. O bayrağı vücuda gətirənlərin qanuni varisləri bu günləri bu meydanda Azərbaycan bayrağının kölgəsinə sığındılar və siyasi məhbuslarımızı müdafiə etdilər. Hakimiyyətin bütün cəhdlərinə baxmayaraq çox normal, kifayət qədər çox minli bir mitinq keçirildi. Yalnız siyasi məhbuslarla bağlı deyil, demokratiya, seçki islahatı, sosial tələblərlə bağlı mitinq keçirildi. Mən mitinqi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu prosesi davam etdirmək lazımdır».

Xəyal