Leyla Yunusun vəkilləri niyə hədəf seçilib?

Hakimiyyət siyasi məhbuslarla bağlı maraqlı siyasət aparır. Xəbər verdiyimiz kimi vəkil Xalid Bağırov Sülh və Demokratiya İnstitutunun həbsdə olan rəhbəri Leyla Yunusun müdafiəsindən uzaqlaşdırılıb. Vəkil mətbuata açıqlamasında bildirib ki, rəhbəri Leyla Yunusun müdafiəsindən uzaqlaşdırılması haqda məlumat ona noyabrın 5-də verilib. Bakı İstintaq Təcridxanasında Leyla xanımla görüşmək istəyən X.Bağırova deyiblər ki, onun L.Yunusun müdafiəsindən uzaqlaşdırılıdığı haqda Baş Prokurorluğun İstintaq İdarəsindən məktub alıblar.

Xatırladaq ki, oktyabrın 30-da vəkil Cavad Cavadov da Leyla Yunusun müdafiəsindən uzaqlaşdırılmışdı. L.Ynusun başqa bir vəkili Əlayif Həsənov barəsində isə Yasamal Rayon Məhkəməsində xüssui ittiham qaydasında prosesə başlanıb. Hazırkı situasiyada isə baş verənlər heç də təsadüfi qiymətləndirilə bilməz. Bəs L.Ynusua qarşı yönələn bu siyasətin səbəbi nədir?

Xalid Bağırov: «Rəsmi cavabı hələ almamışam»

Vəkil Xalid Bağırov onun müdafiədən uzaqlaşdırılması ilə bağlı hələlik konkret bir söz deyə bilməyəcəyini söylədi: «Mən Leyla Yunusun müdafiəsindən uzaqlaşdırılmağımla bağlı hələlik rəsmi cavabı ala bilməmişəm. Ona görə mənim hansı səbəblə uzaqlaşdırıldığımı bilmirəm. Rəsmi səbəblərlə tanış olmayınca şərh vermək istəmirəm. Əgər irəli sürülən əsaslar qanunsuz və gülməli olacaqsa, başqa şeylər haqqında düşünmək lazım olacaq. Hər halda baş verənlər yeni tendensiyadır». 

Mehman Əliyev: «Hakimiyyət Leyla Yunusla bağlı məlumatların ictimailəşdirilməsinin qarşısını almaq istəyir» 

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə L.Yunusun vəkillərinə bu cür davranılmasını təsadüfi sayımr. Onun fikrincə, hakimiyyətinbu addımları atmaqda konkret məqsədləri var: «Leyla Yunusla bağlı cəzaçəkmə yerində baş vrənlər onun vəkilləri vasitəsilə ictimaiyyətə çatdırılır. Ona görə hakimiyyət Leyla Yunusla bağlı məlumatların ictimailəşdirilməsini istəmədiyindən bu cür qərarlar qəbul edir. Ama hakimiyyət Leyla Yunusu tam vəkilsiz qoya bilməz»,

Xəyal