“Azərbaycanda avtoritar rejim dini azadlıqları da boğur”

Yenə Şimali Koreya və Özbəkistan kimi ölkələrlə bir sırada yer aldıq

“Kilsə ehtiyacları” adlı katolik təşkilatı 196 ölkədə dini azadlıqların vəziyyətini araşdırıb. Bu barədə Fransanın “Le Figaro” qəzetinin yaydığı məlumata görə, araşdırma 2012-2014-cü illəri əhatə edib.

Araşdırma nəticəsində bəlli olub ki, 81 ölkədə dini azadlıqlara müəyyən məhdudiyyətlər yaradılır. 55 ölkədə vəziyyət daha da pisləşib. 20 ölkədə isə dini müstəvidə çox yüksək dərəcədə dözümsüzlük var. Bu 20 ölkədən 6-sında belə bir vəziyyətin yaranması həm də həmin ölkələrdə avtoritar rejimlərin mövcudluğu ilə əlaqələndirilir. Söhbət Birma, Çin, Eritreya, Şimali Koreya, Azərbaycan və Özbəkistandan gedir. Dini dözümsüzlüyün hökm sürdüyü qalan 14 ölkə isə bunlardır: Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Misir, Iran, Iraq, Liviya, Maldiv, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Suriya və Yəmən.

Informasiya şöbəsi