Qazaxıstan benzin tədarükünün yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycan şirkətinə sanksiyalar tətbiq edəcəyini bildirib. Bu barədə məlumatı “İnterfaks” agentliyi yayıb. Məlumatda Azərbaycan şirkətinin Qazaxıstana 6 min ton Aİ-92 benzini göndərməyəcəyi təqdirdə ona qarşı sanksiyalar tətbiq edəcəyi qeyd olunub.
“KazMunayQaz”ın Baş direktorunun müavini Erlan Koybaqarovun sözlərinə görə, Azərbaycan tərəfi noyabrın 10-a kimi benzinin çatdırılması məsələsini yerinə yetirməlidir: “Müqaviləyə əsasən, benzinin çatdırılması bu il noyabrın 10-a kimi yerinə yetirilməlidir. Hazırda azərbaycanlılarda problem var və düşünürük ki, əslində, benzin göndərilməyəcək. Müqaviləyə əsasən, vəzifələrinin yerinə yetirilməyəcəyi təqdirdə şirkətə qarşı sanksiyalar tətbiq olunacaq”.