“Araz-Naxçıvan” ölkə çempionatından getdi

Naxçıvan Muxtar Respublikasının “Araz-Naxçıvan” klubu fəaliyyətini dayandırıb. Bu haqda klubun saytında məlumat yerləşdirilib.
“Cari mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan” PFK bu gündən etibarən fəaliyyətini dayandırıb”- deyə məlumatda bildirilir. Qeyd olunur ki, klubun qərarı haqda geniş məlumat sonra veriləcək.
“Araz-Naxçıvan” Premyer Liqada 10 oyun keçirib. Komanda 4 xalla cədvəlinin sonuncu pilləsində yer tutub.