Ərdoğanın yeni sarayı 300 milyon avroya başa gəlib FOTO

Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı ilə bağlı qəbul ölkənin tarixində ilk dəfə Çankaya köşkündən kənardakı bir məkanda keçirilib. Qəbulun keçirildiyi yeni məkan “Prezident Sarayı”dır. 

Prezident Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə Atatürk meşə ərazisi içində yeni baş nazirlik binası olaraq tikilən, ancaq daha sonra prezidentliyə təhvil verilən Beştepe məskəninin rəsmi adı tədbirdən bir gün əvvəl rəsmiləşdirilib. Sarayın adı qeyri-rəsmi olaraq “Ağ Saray” adlandırılırdı. Almaniyanın Bild nəşrinin yazdığına görə, saray tikintisinə 300 milyon avro xərclənib.

azadlıq.info