Məmurun evindən rekord miqdarda pul çıxıb

Çində məmurun evindən rekord miqdarda pul çıxıb. Bu pulları dollara çevirəndə 33 milyon dollar edir. 

Rüşvət əleyhinə istintaq aparan prokuror Xu Jinhui oktyabrın 31-də deyib ki, bu nağd pul məmur Wei Pengyuanın evindən tapılıb. Wei Pengyuan Milli Enerji Administrasiyasının yüksək vəzifəli şəxsidir. O, rüşvət almaqda ittiham olunur. 

Prokuror deyib ki,  onun evindən çıxan pullar o qədər çox olub ki, pulları sayarkən  4 pul sayan maşın xarab olub, sıradan çıxıb.

Çin lideri Xi Jinping 2012-ci ildə hakimiyyətə gələndən korrupsiya ilə mübarizə elan edib.

Hakim partiya bildirir ki, korrupsiya cəmiyyətin hakimiyyətə etimadını qırır və hakim partiyanın idarəçiliyinin legitimliyinə təhlükə yaradır.