Göyçayda da cəbhəçi gənci “söyüş” maddəsi ilə həbs ediblər

AXCP Göyçay rayon şöbəsi Gənclər Komitəsinin üzvü Məhəmməd Mirzəli saxlanılaraq 20 sutka inzibati həbs cəzasına məhkum edilib. Bu barədə AXCP-nin yerli təşkilatı məlumat yayıb.

Məlumatda deyilir ki, Məhəmməd Mirzəli Bakı-Qazax yolunun Göyçaydan keçən hissəsində yolun kənarı ilə piyada gedirmiş. Onu izləyən Göyçay Post Patrul Xidmətinin (PPX) əməkdaşları Mirzəlini saxlayıblar ki, nə üçün yol ilə gedir. Mirzəli cavab verib ki, səki olmadığından yolun kənarı ilə getməyə məcburdur. Bundan sonra PPX əməkdaşları onu rayon polis şöbəsinə aparıblar. Şöbədə onun guya ictimai yerdə söyüş söydüyü və polisə müqavimət göstərdiyi rəsmiləşdirilib. Daha sonra onu rayon məhkəməsnə aparıblar. Məhkəmə isə cəbhəçi gəncin 20 sutka azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

Ailəsindən isə xəbər veriblər ki, Məhəmməd Mirzəlini 2-3 gün imiş tanımadığı adamlar izləyirmiş. Ailəsi güman edir ki, həbsi Məhəmmədin ictimai-siyasi fəallığı ilə bağlıdır. Fəallıq etməməsi üçün ona xəbərdarlıq da olunubmuş.

azadliq.info