Tarix yazmaq istəmirsiniz?

Emil Səlimov

80-cı illərin sonunda ilin xalqi seçilmiş,70 illik  əsarətdən qurtulmağa nail olmuş bir millətin, 20 ildir xalq tərəfindən seçilməmiş, cəmiyyətdə heç bir dayağı olmayan,millətini hər vəchlə alçaldan bir hökumətdən qurtula bilməməsi nə qədər qəribə olsa da, bir o qədər də müəmmalıdır,deyilmi?

Ötən 20 ildən artıq bir dövrdə Azərbaycan hökuməti xalqın ümumi marağına uygun ciddi addımlar atmasa da , əksər vətəndaşların beynində bir çox fkirlər formalaşdırmağa müvəffəq olub. Deyərdim ki, bu, bugünə qədər həyata keçirilən yeganə  “ugurlu siyasətdir”. Xalqın sərvətlərindən həm də bu xalqın beynini yumağa yönəlik addımlarda yararlanan iqtidar öz “uğur”una sevinməkdə haqlıdır. Çünki, özünün müxtəlif agentura şəbəkəsi vasitəsilə həyata keçirdiyi bu siyasətdə ciddi nəticələrə nail olub. Məhz buna görədir ki, bugün ölkə əhalisinin böyük hissəsi “ölkədə rejim dəyişikliyinə maraqlısınızmı?”” sualına “bunlar yeyib doyublar”, “başqası gəlib daha betər idarə edər”, tipli cavablar verirlər.

Bu rejimi bilirsizmi kimlər dəstəkləyir? Bu sualın cavabını üfüqdə axtarmaq lazım deyil, hörmətli vətəndaşlar. Mövcud rejimin faktiki dəstəkçiləri , böyük qüvvə olan, susdurulmuş xalqdır. Bəli, xalqa susmaqla rejimə dəstək verir və faciəvi nəticənin fərqində deyil. 

Bəzilərimizin qorxusu (hansıki esassızdır),bəzilərimizin məsuliyyətsizliyi, biganəliyi, bütövlükdə ölkənin uzun illər əsarətdə qalmasının təminatına çevrilib.Bütün bunların müqabilində şükürlər  olsun ki hələ də vəziyyətdən çıxış yolu qalmaqdadır.  Hər hansı siyasi partiyaya üzv olmaya bilərik,fəal təşkilatçı da olmaya bilərik, da olmaya bilerik. Amma ölkənin fəal vətəndaşlarını, millətin təəssübünü çəkənləri, ölkənin uçurumdan xilası uğrunda hər gür məhrymiyyətləri gözə alıb, bizim köləlikdən azad olub, layiqli vətəndaş olmağımız uğrunda mücadilə aparan insanları meydanda tək buraxmamalıyıq. Buna mənəvi haqqımız yoxdur. 

Millətin simasını ifadə edən,varlığını sübut edən etiraz aksiyalarının virtual deyil,real iştirakçıları olmaqla,yenidən tarix yazmaq istəmirsinizmi?