
Rusiyanın xarici işlər naziri Sergey Lavrov elementar Avropa ənənələrini bilmədiyi üçün Kirkenes anklvanının alman işğalından azad edilməsinin 70-ci ildönümü ilə bağlı keçirilən tədbirdə 70 yaşlı Norveç kralı 5-ci Haralda uzatdığı əl havada qalıb. Avropada monarxiya adətləri belədir ki, kral əl uzatmadan ona əl uzatmaq olmaz. Kimə necə salam verəcəyini kral özü müəyyənləşdirir. Görünür, Lavrov da özünü rus çarının vəziri hesab etdiyindən tələsib və nəticədə əli havada qalıb. Və artıq neçə gündür ki, norveçlilər sosial şəbəkədə ən çox bu şəkili müzakirə edib Lavrovu ələ salırlar. Bax belə…
Fikrət Hüseynli


