Kliçko mandatdan imtina etdi

Kiyev meri Vitali Kliçko Ukrayna parlamentində deputat olmaq üçün vəzifəsini tərk etmək niyyətində deyil. Kliçkonun sözlərinə görə, Kiyev sakinləri ondan islahat gözləyir.

Kliçko partiya siyahısına başçılıq etməklə öz üzərinə məsuliyyət götürdüyünü deyib: “Mən dəfələrlə bəyan etmişəm ki, kiyevlilərin mənə göstərdiyi etimadı doğrultmaq üçün vacib islahatlar lazımdır. Öz üzərimə məsuliyyət götürərək parlament seçkilərində partiya siyahısına başçılıq etdim. Ancaq Kiyev sakinləri məndən islahat gözləyirlər. Mer vəzifəsini deputat mandatına dəyişməyəcəm”.

“Petr Poroşenko bloku”nun siyahısında Kliçkonun adı birinci gəlirdi.