Neymar siyasətə qarışdı

Braziliyalı futbolçu Neymar məşqçinin qadağasına baxmayaraq bazar günü ölkədə keçiriləcək prezident seçkilərində əsas namizəd Aesio Nevesə səs verəcəyini bildirib.

Baş məşqçi Dunqa bundan bir neçə saat əvvəl oyunçulara siyasi və dini bəyanatlarla çıxış etməməyi xəbərdarlıq edib.

22 yaşlı Neymarın “YouTube” da yaydığı bəyanatda deyilir: “Biz öz mövqeyimizi bildirməkdən çəkinməməliyik. Namizədi seçmək bizim demokratik hüququmuzdur”.

“Azadlıq” radiosunun xəbərinə görə, Dunqa bundan bir neçə saat əvvəl Neymarı yığmanın kapitanı təyin edib. O, həmçinin oyunçulara sırğa taxmaq, kepka geymək, yemək və söhbət zamanı mobil telefon və iPaddan istifadə etməyi qadağan edib.

Neymar “Yekədiş” ləqəbli Ronaldodan sonra Nevesə səs verəcəyini bəyan edən ikinci futbolçudur.