ABŞ Əliyevin son əfv fərmanını yetərli saymır

ABŞ Dövlət Departamenti 17 oktyabr əfv aktı çərçivəsində vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsini alqışlayıb. Dövlət Departamentinin rəsmi nümayəndəsi Mariya Harf deyib ki, azad edilənlərdən biri – Həsən Hüseynli təhsli sahəsində layihələrin həyata keçirilməsində ABŞ səfirliyi ilə fəal əməkdaşlıq edib.

Bundan əlavə, NİDA hərəkatının üç fəalı azad edilib. 

Dövlət Departamenti onların azadlığa buraxılamsını alqışlasa da, yetərli saymayıb və Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran düzəlişləri “yalnış” adlandırıb.

“Biz daha çox pozitiv addımlar görmək istəyirik və Azərbaycan hökumətini bütün vətandaşların təməl azadlıqlardan istifadə hüququna tam hörmət etməyə çağırmaqda davam edirik”, –  deyə Harf bəyan edib.