Səhiyyə Nazirliyindən keçmiş müdirlə bağlı açıqlama

“Hamısı cəfəngiyyatdır”

Səhiyyə Nazirliyi Respublika Yanıq Mərkəzinin müdiri vəzifəsindən istefa verən Vüqar Ələkbərovun verdiyi açıqlamaya münasibət bildirib. Nazirliyin mətbuat katibi Anar Qədirli Lent.az-a açıqlamasında bildirib ki, keçmiş müdirin dedikləri cəfəngiyatdır: “Həmin tibb müəssisəsi də hər bir tibbi və digər zəruri ləvazimatla təchiz olunub. Nazirlik tibb müəssisələri arasında ayrı-seçkilik etmir”.

Qeyd edək ki, Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərov bildirib vəzifəsindən istefa verib. O deyib ki, işlədiyi mərkəzdə özbaşınalıq hökm sürüb: “Hətta xəstələrə aid çamaşırları öz hesabıma yuduzdururdum. Belə bir yerdə adamın ləkələnməməsi üçün istefa ərizəmi yazdım”.