Əliyev bir güllə də atmadan Qarabağı qaytarır…

İstiqlalçı deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli

Məni qınamayın, a kişilər, vallah , deyəsən bizimkilər gönü suya verib; yoxsa hakimiyyətə nə düşüb ki, ilin-günün bu vaxtında, yerin-göyün od tutub yandığı bir zamanda Amerikaya nota verib, Rusiyaya qucaq aca… Deməli, ortada nəsə var, sadəcə bizim xəbərimiz yoxdur. Sən demə, Rusiya işğal etdiyi rayonları  davasız- şavasız geri qaytarır, yəni Ali Baş Komandan  bir güllə də belə atmadan  Qarabağı geri alır. Necə?  Çox sadə…Uzun çək- çevirdən sonra  Ermənistanı Avrasiya İttifaqına Dağlıq Qarabağsız qəbul edirlər. Bu isə o deməkdir ki, işğal altında olan Qarabağın nəinki ittifaqa daxil olan ölkələrə sərbəst çıxışı olmayacaq, hətta Ermənistanla arasında sərhəd gömürük məntəqəsi və postları qoyulacaq. Uzun sözün qısası, guya İ.Əliyevin uzaq görən siyasəti nəticəsində  Azərbaycan Qarabağı Ermənistanın iqtisadi məkanından vurub çıxardıb. Məsələnin siyasi-hüquqi həllinə gəlincə isə, deyilənə görə  İ.Əliyev bunu şəxsən Putinlə danışıb, anlaşıb və həll edib: Guya Azərbaycan Avrasiya İttifaqına daxil olur əvəzində isə Rusiya işğal olunmuş torpaqları dərhal geri qaytarır. Artıq bu istiqamətdə təbliğat kompaniyası başlayıb. Dil boğaza qoymayan mediya mənsubları ciddi-cəhdlə “kor nə istəyər iki göz, biri əyri biri düz” arqumentinə istinad edərək  siyasi gündəmdə meydan sulayır…”

Avrasiya tələsi…

Putinin ekspansionist siyasəti yaxın- uzaq qonşuları üçün potensial təhlükə yaratsa da, daha əvvəlki kimi real görünmür, çünki tədbiq edilən iqtisadi və siyasi  sanksiyalar hər an,  hər ay, hətta hər gün Rusiyanın bu potensialını zəiflədir. Ukraynanın itirilməsi ilə barışa bilməyən, ona görə də mübarizə aparmaqda davam edən Rusiya son anda bu itginin yerini doldurmaq üçün Azərbaycanı hədəf seçib. Geosiyasi önəminə və çoğrafi mövqeyinə görə bu bölgə həmişə Kremlin neoimperiya ambisiyalarının reallaşmasından dolayı məxsusi bir maraq və xüsusi əhəmiyyət kəsb edib. Odur ki, Rusiya Azərbaycanı “Avrasiya tələsi”nə salmaq üçün əlində olan bütün kartlardan istifadə edir. Təbii ki, Azərbaycanın ən zəif və ən həssas yeri Qrabağdır. Hər kəs xalqın bu şah damarına düşüb öz xeyirinə bəhrələnmək istətəyir.  Uzun illərdir ki, iqtidar bu kartdan öz hakimiyyətini qoruyub saxlamaq üçün, Rusiya da öz neoimperiya ambisiyalarını realaşdırmaq üçün istifadə edir.  “Avrasiya tələsi”  məhz belə həssas, kövrək və çox təhlükəli senari üzərində qurulub. Sən ittifaqa daxil olub, əvəzində torpaqları qaytaracaqsan və tarixə qalib prezident kimi düşəcəksən, mən də Ukrayna itgisindən sonra yaranmış boşluğu doldurub Cənubi Qafqazda mütləq protektoratlığa sahib olacağam. Bu qədər sadə və bəsit plan və senari…                                                                           Dəvəçiyinən dost olanın darvazası gen gərək, tak çto darvazaları genəldin… Ki keçmiş böyük qardaşlar qapı arxasında qalmasınlar, darvazadan içəri  girə bilsinlər, axı, çox böyükdülər (lap dəvə kim) birdən yerləşməzlər. İşə bax ki, Milli hakimiyyətin çox böyük çətinliklər bahasına ölkəmizdən çıxartdığı işğalçı Rus ordusu yenidən qayıdır. Özü də necə qayıdır?  Humanist bir missiya ilə: Sülh məramlı, Sülh ayrıcı  qüvvə kimi qayıdır. Mən bilmirəm, humanizmin Putinə, sülhün  Rus ordusuna nə aidiyyəti var,axı!? Putin hara, humanistlik hara?  Sülh məramı hara, Rus ordusu hara!? İşğalçı kimi gediş və Sülhməramlı kimi qayıdış, əslində tarixin ironiyasından başqa bir şey deyil. Bu millət bu ironiyaya layiqmi, əfəndilər!? Bəlkə, yavaşlayasınız…                                                                                                                  

Bəxtəvər başına, ay millət, gözün aydın olsun…

Rusun yük daşıyan raketlə dolu gəmisi Bakı buxtasına girib. Özü də nə az, nə çox ikisi birdən girib, hələ bu harasıdır, deyirlər dalı da gələcək. Bu, sadəcə, yaz müjdəsidir, ilk “qaranquşlar”dır. Hələlik bazarlıq gedir, hərgah baş tutsa , qış müjdəsi -“ ağ ayı”lar(bu adda gəmilər var)gələcək . Gözünüz aydın olsun,  kitayski maska taxan mediya mənsubları axır ki, yazdığınız manşetlər çin oldu. Amma unutmayın ki,  tarixə belə bir imza atmaqla millətin yenidən boyunduruq altına düşməsinə nəinki sadəcə şahidlik edirsiniz, manşetlərinizlə tarixi ,mənəvi, siyasi və hətta hüquqi  məsuliyyət daşıyırsınız.  Bu damğanı alnınızdan kimsə silə bilməyəcək, çünki bu üz qarası deyil, alın yazısıdır. Sizlər anadan belə doğulmusunuz.

Tarixi bir xatırlatma…

Qüsura baxmayın, yeri gəlmişkən Bakı buxtası və Bakı qalası ilə bağlı bildiyiniz iki tarixi faktı qulluğunuza ərz etmək istəyirəm. Yada salmaqda bir fayda var. Əlincə qalasının 12 il qəhrəmancasına müdafiə olunduğu bir məqamda Şirvanşah 1-ci İbrahim təm-təraqla Əmr Teymurun pişvazına çıxır və müxtəlif adlarda bəxşislər  verir. Moğolların adətinə görə hər hədiyyənin sayı  9 ədəd olarmış. Təqqdim olunan bəxşişlər içərisində qulların sayı isə 8 nəfər imiş. Əmr Teymur soruşur ki, qulların sayı nədən səkkizdir…9-cu mənəm ya Əmr Teymur əfv edin, demiş 1-ci İbrahim. Rus donanması Bakı buxtasına daxil olub şəhəri top atəşinə tutur. Sisiyanov Bakı xanı Hüseynqulu xandan təslim olmağı tələb edir. Qoşa qala qapısının ağzında darvazanın açarlarını təhvil almaq istəyən Sisiyanovu İbrahim bəy tapancadan atəş açıb öldürür.