Amerikalı həmsədrin anası öldü

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin anası rəhmətə gedib. Bu barədə amerikalı diplomat özünün twitter səhifəsində məlumat yayıb. “Anamın vəfatı ilə bağlı başsağlığıları yüksək qiymətləndirirəm. Sağ olun, mənim ürəklərim”,-deyə Uorlik yazıb.

Qeyd edək ki, Minsk Qrupu həmsədr ölkələrinin Cənubi Qafqaza axırıncı səfərlərində Ceyms Uorlik iştirak etməmişdi. O bildirmişdi ki, ailəsində fövqəladə vəziyyət olduğuna görə Bakıya və Yeravana gələ bilməyəcək. (modern,az)