Praqada mərkəzi meydanlardan birində 15 yaşlı azərbaycanlı tarzənin iştirakçılığı ilə flaşmob təşkil olunub. Flaşmob Beynəlxalq Musiqi Gününə və Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunlarına həsr edilib.
Flaşmobda musiqiçilər müxtəlif alətlərdə Motsartın “Türk marşı” əsərini ifa edirlər, mərkəzdə isə azərbaycanlı tarzən dayanır.