Əli Kərimli xalqı təbrik etdi

AXCP sədri Əli Kərimli 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə xalqımızı təbrik edib. O, Facebook səhifəsində paylaşdığı təbrikdə yazır:

“Әziz həmvətənlər, müstəqilliyimizin bərpası günü münasibətilə hamınızı təbrik edirəm. Xalqımız rəşadətli və kütləvi mübarizə nəticəsində 23 il öncə müstəqilliyini bərpa edib. Bu günlərdə 20 yanvar şəhidlərinin və Milli Azadlıq Hərəkatının lideri Әbülfəz Elçibəyin xatirəsini hörmətlə anaq. Təəssüf ki, ölkəmizdə avtoritar rejimin formalaşması səbəbindən dövlət müstəqilliyinin faydasını hələ də bütün azərbaycanlılar görə bilməyib. Amma bu faktor heç bir halda müstəqilliyin önəmini bizim gözlərimizdə kiçiltməməlidir. Hökumətlər gəldi-gedərdi. Bu ağır zamanlar da keçəcək, müstəqilliyimiz isə Allahın köməkliyi və millətimizin dəyanəti hesabına əbədi olacaq. Faydasını da bütün azərbaycanlılar görəcək.
Bayramınız mübarək!”.