İstanbul derbisində “Qalatasaray” qalib gəldi

Türkiyənin iki güclü klubu “Qalatasaray” ilə “Fənərbaxça” qarşı-qarşıya gəlib

Bu gün Türkiyə Super Liqasında 2014-2015 mövsümünün ilk derbisi baş tutub. 

Türkiyənin iki güclü klubu “Qalatasaray” ilə “Fənərbaxça” qarşılaşıb.

Beynəlxalq səviyyəli hakim Cüneyt Çakırın idarə etdiyi oyunda Qalatasaray 2-1 hesabı ilə qələbə çalıb. “Qalatasaray”ın qollarını Uesli Sneyder, “Fənərbaxça”nın yeganə qolunu isə Alper Potuk vurub. Oyunun 53-cü dəqiqəsindən “Fənərbaxça” azlıqda qalıb. Bruno Alves meydandan qovulub.