Türkiyə Fransanın tələbini yerinə yetirəcəkmi?

Olland Ərdoğanı Kobanini müdafiə etməyə çağırdı

Elxan Şahinoğlu: «Türkiyənin baş verənlərə fəal müdaxilə etməməsi son nəticədə onun ABŞ və Fransa ilə əlaqələrinin gərginləşməsinə səbəb olacaq»

Oktyabrın 14-də ABŞ prezidentiÿBarak Obamanınÿ20 dövlətin ordu liderləri ilə Suriya və Iraqda Islam Dövləti yaraqlılarına qarşı strategiyanı müzakirə etməsi Qərbin problemin həllində qətiyyətli addım atmaq niyyətində olduğunu göstərdi. Obama görüşdə çıxışında bəyan edib ki, ABŞ IŞID-ə qarşı birgə mübarizənin tərəfdarıdır və bu məqsədlə aparılan danışıqlar regiondakı təhlükəni aradan qaldırmağa xidmət edir.

Bu arada isə Fransua prezidenti Fransua Olland Suriyanın Kobani şəhərində gedən döyüşlərlə bağlı açıqlama verib. Olland Kobanidəki döyüşlərlə bağlı Türkiyəyə səslənərək təkliflə çıxış edib. Fransa prezidenti bildirib ki, Türkiyə-Suriya sərhəddində yerləşən Kobaninin IŞID terror qruplaşmasının əlinə keçməməsi üçün rəsmi Ankara sərhədi açmalıdır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, hazırda regionda yaranmış vəziyyət olduqca qəlizdir. Digər tərəfdən, Türkiyənin Suriya ərazisinə hərbi müdaxilə də edə bilmədiyini deyən E.Şahinoğlu bildirdi ki, bu zaman Türkiyə IŞID-lə üz-üzə qala bilər: “Ona görə Türkiyə haqlı olaraq tələb edir ki, beynəlxalq koalisiya quru əməliyyatına başlasın. Amma hələlik bu çağırışa münasibət birmənalı deyil. Hətta Kobaninin strateji əhəmiyyəti ilə bağlı da müxtəlif yanaşmalar mövcuddur. Digər tərəfdən isə Kobanidə baş verən əməliyyat Türkiyənin daxilində durumu qəlizləşdirir. Halbuki həmin IŞID türkmənləri qıranda radikal kürdlərin səsi də çıxmırdı. Türkiyə IŞID-ə qarşı beynəlxalq koalisiyaya qoşulub. Amma hələlik Türkiyənin proseslərdə fəal iştirakı görünmür. Hətta belə təsəvvür yaranıb ki, Qərb Türkiyənin baş verənlərə aktiv müdaxiləsində maraqlı deyil. Halbuki əvvəllər Türkiyənin baş verənlərə fəal müdaxiləsini istəyirdilər”.

E.Şahinoğlu hesab edir ki, bununla belə Türkiyənin baş verənlərə fəal müdaxilə etməməsi son nəticədə onun ABŞ və Fransa ilə əlaqələrinin gərginləşməsinə səbəb olacaq.

Xəyal