Səfir restorana Putinin adının verilməsinə etiraz etdi

Rusiyanın Qırğızıstandakı səfiri Andrey Krutko Bişkekdə “Putin pab” adlı restoranın işə düşməsinə etiraz edir. O deyib ki, içki yerinə prezidentin adının verilməsi etik deyil. Səfir Qırğızıstan paytaxtının rəhbərliyindən xahiş edib ki, restoranın adı dəyişdirilsin.

Keçən ay şəhər rəhbərliyi “Putin Pab” restoranının reklam bannerlərini hər yerdən yığışdırmışdı.