Mikayıl Cabbarov saxta diplomlardan danışdı

“Təhsil sahəsində ən böyük problem saxta diplomlarla müəllimlərin işə qəbulu idi. Artıq müəllim peşəsini layiqincə təmsil edə bilməyən saxta diplomlu müəllimlərin işə qəbul olunması üçün imkanlar aradan qaldırılıb”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, ümumilikdə son qərarlar nəticəsində Azərbaycan Müəllim İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılıb və orada qanuni təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə yerləşdirilib.

M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyində olan vahid məlumat bazasında gələcəkdə bu cür halların qarşısının alınması üçün hər cür addım atılıb. Onun sözlərinə görə, təhsilin keyfiyyətini zəhərləyən böyük bir səbəb tam aradan qaldırılıb.