15 mln dollarlıq iPhone

Son zamanların ən bahalı telefonu hesab edilən smartfonun 15 milyon dollar qiyməti var. Bu ada iPhone 5 Black Diamond layiq görülüb. Bu smartfonu hazırlayan britaniyalı zərgər Stüart Hyuzdur. Smartfonun korpusu yarıqızıldan hazırlanıb, briliyantlarla bəzədilib. Qaşların sayı 600 dənədir. Daş-qaşın ümumi çəkisi 135 qramdır. Alcaq brendin almasını bəzəməyə 53 daşdan istifadə edilib. “Home” düyməsinin yerini isə 26 karatlıq almaz tutub. 

Bu telefon sifarişlə hazırlanıb. O, texniki göstəricilərinə görə, digər telefonlardan demək olar ki, fərqlənmir. Fərq ancaq bəzəklərdədir. (ans)