Serbiya – Albaniya matçında dava VİDEO

Albaniya milli komandasının “Avro-2016″nın seçmə mərhələsində Serbiya yığması ilə səfər matçı yarımçıq qalıb. Görüş  41-ci dəqiqədə dayandırılıb.
 
Buna Belqraddakı  stadionuna helikopterlə Albaniya bayrağının endirilməsi səbəb olub. Bu hadisə serbiyalı futbolçuları özündən çıxarıb. Daha sonra rəqib futbolçular arasında münaqişə yaranıb. Meydana kənar əşyalar atılıb. Buna görə də matçın baş hakimi  Martin Atkinson oyunu dayandırıb. Görüş qeyri-müəyyən vaxtadək təxirə salınıb.