“Müsavatın gələcəyinə acıyıram…”

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiyadakı sonu durumla bağlı vəziyyətdən narahatçılığını aşağıdakı kimi ifadə edib:

“Əhliman Abbasın Müsavata gəlməsində mənim rolum olsa, onun partiyadan getməsini heç vaxt arzulamamışam. 2011-ci ildə Əhliman bəy öz arusu ilə Müsavat Partiyasını seçdi, onu mənim təqdimatımla Divanda qəbul elədik. Qəbulla bağlı təqdimatdan bəlli oldu ki, onu partiayaya gətirən müsavatçılıq ideologiyası və Azərbaycan amalıdır.

O Azərbaycan Dövlət İqtisad Universitetində xüsusi istedadlar qrupunda bakalavr, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magisr dərəcəsi alıb. Belə gəncləri müxalif mövqedə olan siyası partiyalarda barmaqla saymaq olar. O xaricdə təhsil alıb vətənə qayıdanda digər seçimlərə malik olsa da karyera və mənafe ardınca getmədi, başqalarından fərqli olaraq yenə də Müsavata gələrək, yoluna davam elədi. Debütü də pis olmadı, ilk dəfə qoşulduğu seçkilərdə gənclərin böyük əksəriyyətinin səsini qazandı və üzərinə böyük məsuliyyət götürdü. Düşünürəm ki, bəlkə də o bu məsuliyyəti üzərinə götürməsəydi, hazırda belə qərar verməzdi. Çünki, onun məlum qərarı üzərindəki məsuliyyətdən, yalnız özünün yox, daha çox ətrafında olan gənclərin qarşısında götürdüyü öhdəlikləri indiki şərtlər daxilində yerinə yetirə bilməyəcəyi narahatçılığından irəli gəlir. Onlar yeni dönəmdə partiyanın idarəçiliyində təmsil olunmaq və potensiallarını daha yaxşı reallaşdırmaq əzmində idilər. Məhs ona görə də gənclərin son qurultaydan gözləntiləri çox idi. 

Əhliman bəy müstəqil düşüncəli, analitik təfəkkürlü və siyasi təhlil qabliyyətinə malik, siyasətdə ideyalarını reallaşdırmaq istəyən və bu prosesə daimi yenilik gətirmək niyyətində olan potensiallı gənclərimizdəndir. Çox təəssüf ki, onu və onun kimi digər müasir dünyagörüşlü və azadfikirli gəncləri partiyada saxlaya bilmirik. Mən onun partiyadan getməsinə, nəinki təəssülənirəm, həm də partiyanın gələcəyini acıyıram. Onun Müsavatı seçməsi məni nə qədər sevindirmişdirsə, partiyadan getməsi də bir o qədər məyus etdi.Əslində bunu xaricdə təhsil alıb vətənə qayıraq siyasətə baş vuran bir azərbaycanlı gəncin ugursuzluğu kimi deyil. ölkəmizin gələcəyinə verilə biləcək əhəmiyyətli töhfənin itkisi kimi qiymətləndirirəm. İnanıram ki, Əhlman Abbas bundan sonrakı fəaliyyətində də vətən sevgisi ilə ilə başladığı mübarizəsini Azərbaycan demokratikləşənə qədər davam etdirəcək.”