“Avro-2016”nın seçmə mərhələ oyunları çərçivəsində Azərbaycan millisi səfərdə Xorvatiya ilə üz-üzə gəlib. İlk oyunda Bolqarıstana, oktyabrın 10-da isə İtaliya millisinə 1:2 hesabı ilə uduzan yığmamız bu dəfə daha ağır məğlubiyyətlə üzləşdi. Oyun Xorvatiya yığmasının 6-0 hesablı qələbəsi ilə başa çatdı.
Qollar: Andrey Kramariç, 11 (1:0), İvan Perişiç, 34, 44 (3:0), Marselo Brozoviç, 45+1 (4:0), Luka Modriç, 56-pen (5:0), Rəşad Sadıqov, 61-avtoqol (6:0)