Ağstafada baş verən təkanlar 3,1 bal gücündə qeydə alınıb
Azərbaycanda daha bir zəlzələ baş verib.
ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar Ağstafada yerli vaxtla saat 15:09-da baş verib.
Zəlzələ Qazaxdan 22 km şərqdə qeydə alınıb. 10 km dərinlikdə baş verən təkanlar 3,1 bal gücündə qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.