Bu gün Naxçıvan Muxtar Respublikasında yeraltı titrəyişlər hiss edilib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin saytının verdiyi məlumata görə, zəlzələnin episentri Ermənistanın Qafan rayonunda yerləşən Qacaran şəhərindən 10 kilometr şimalda olub.
Titrəyişlər Naxçıvanın şərq hissəsində hiss edilib.
Qeyd edək ki, son günlərdə bölgədəki zəlzələ ocaqları xeyli aktivləşib.