Rusiyada benzin kəskin bahalaşır

Boris Nemtsov qiymət artımının ölkəyə vuracağı zərbələri göstərdi

“Kreml və hökumət rus xalqı üçün əsl Yeni İl hədiyyəsi- benzinin qiymətinin sürətli təkanla yüksəlişini hazırlayırlar”.
Bu sözləri Rusiyanın müxalifət lideri Boris Nemtsov özünün facebook səhifəsində yazır. O, xəbər verir ki, hökumət faydalı qazıntıların istehsalına qoyulan vergini iki dəfə yüksəldib, bununla da neftin bir tonunun qiyməti 500 rubldan 1000 rubla qalxıb. Eyni zamanda, ixrac neftinə rüsum aşağı salınıb.
“Bu səfehliyi vergi manevri adlandırırlar. Nəticədə:
1. 92, 95 markalı benzinin və dizelin qiyməti 40 rubldan artıq olacaq, 98 marka benzinin qiymtəti isə 50 rubl olacaq, çünki neftin daxili satış qiyməti yüksələcək.
2. Neft emalı zavodları xammal qıtlığı yaşayacaq, çünki xam nefti xaricə satmaq onu emal etməkdən daha sərfəli olacaq, bütün hallarda isə bu müəssisələrin gəliri aşağı düşəcək.
3. Qiymətləri tənzimləmək üçün neft məhsulları aksizlərini aşağı salmaq cəhdi Rusiyada yolların darmadağın olmasına və regional yol fondlarının sıradan çıxmasına gətirib çıxaracaq. Çünki yollar əsasən, bu aksizlərin hesabına tikilir və təmir edilir.
4. Benzinin qiymətinin qalxması nəqliyyat haqlarının və ərazq məhsullarının qiymətini qaldıracaq. Çünki kerosinin qiyməti kənd təsərrüfatı məhsullarının maya dəyərində oturur.
5. Qiymətlər neftin qiymətinin aşağı düşməsi fonunda qalxacaq. Səbəb neft məhsulları bazarında monopoliya və Seçinin qiymətləri diqtə etməsidir.
Soruşa bilərsiniz ki, onlar belə qərarı verəcək qədər səfehdilərmi? Üstəlik, indiki inflyasiyasiya və devalvasiya şəraitində?
Mən də cavab verirəm ki, bəli onlar axmaqdırlar. Bu, 3 diktatorun – Putinin, Lukaşenkonun və Nazarbayevin dostluğu və Avrasiya İttifaqı üçün rus xalqının ödəməli olduğu hesabdır”, – deyə Nemtsov yazır.

azadliq.info