Qəbələdə güclü zəlzələ : 6 bal

Respublika Seysmoloji Xidmət Mərkəzi Qəbələdə baş verən güclü zəlzələyə dair növbəti açıqlama yayıb. Mərkəzdən Lent.az-a verilən məlumata görə, saat 09:59:33-də Qəbələdən 14 km şimali-şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında  4-3 bala qədər hiss olunub.

Yeraltı təkan 5 km dərinlikdə baş verib.