ABŞ Əsəd əleyhdarlarına dəstəyi davam etdirir

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki keçirdiyi gündəlik mətbuat konfransında suriyalı müxaliflərə verdikləri dəstəyə də toxunub. Sözçünün dediyinə görə, ABŞ hökuməti suriyalı müxaliflərə yalnız İŞİD-lə savaşmaq üçün yardım etmir. Psaki deyib ki, müxaliflər onlara göstərilən hərbi-texniki yardımdan Bəşər Əsəd rejiminə qarşı döyüşlərdə də istifadə edə bilər.