Xodorkovski Putinə oğru dedi

YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovski Rusiya prezidenti Vladimir Putinin ünvanına növbəti dəfə ittihamlar səsləndirib. Vaşinqtonda Freedom House təşkilatının ofisində çıxış edən Xodorkovski Ukraynadakı müharibənin hakimiyyət uğrunda olduğunu deyib.
10 il həbsdə yatan Xodorkovskinin sözlərinə görə, bu müddət təkcə onun deyil, xalqının həyatından oğurlanıb. «Kreml dünyanı soyuq müharibə dövrünə qaytarmaq istəyir. Rusiya və dünya təhlükəli həddə çatıb, bu həddin arxasında üçüncü dünya müharibəsi gözləyir. Rusiyanın düşdüyü vəziyyətdən çıxmaq çətin olacaq. Bunun üçün bütün rus xalqı səfərbər olmalıdır. Son on ildə Rusia vaxt itirirdi. İndi itiriləni qaytarmaq vaxtıdır», – deyə Xodorkovski xəbərdarlıq edib.

azadlıq.info