Seymur Həzi ev dustaqlığına buraxılmadı VİDEO

Ancaq jurnalistin vurduğu iddia olunan Məhərrəm Həsənov azadlığa buraxılıb

Oktyabrın 2-də Abşeron Rayon Məhkəməsində “Azadlıq” qəzetinin jurnalisti, “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin ev dustaqlığına buraxılması ilə bağlı qaldırılan iddiaya baxılıb. İddia rədd edilib və Seymur Həzi ev dustaqlığına buraxılmayıb. Ancaq Seymur Həzinin vurduğu iddia olunan Məhərrəm Həsənov ev dustaqlığına buraxılıb.

Seymur Həzi avqustun 29-da Ceyranbatındakı avtobus dayanacağının yaxınlığında Məhərrəm Həsənova qarşı zor tətbiq etməsi iddiasından sonra saxlanılıb.

Hadisə ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.