Bakıda ata və oğul güllələnib

Bakıda silahlı insident baş verib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Ağdam rayonundan məcburi köçkün düşən 1973-cü il təvəllüdlü Hicran İbrahim oğlu Səfərov aralarında yaranan münaqişə zəminində özünə məxsus ov tüfəngi ilə həmyerlisi 1958-ci il təvəllüdlü Rövşən Savalan oğlu Əliyevə və onun oğlu 1998-ci il təvəllüdlü Ayxan Savalanlıya atəş açıb.

Silahlı insident zamanı xəsarət alan ata və oğlu müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən H. Səfərov tutulub. Faktla bağlı araşdırma aparılır.