Neft inqilabı başladı

ABŞ Səudiyyəni geridə qoyub

Bir ay sonra Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanından çox neft istehsal etməyə başlayacaq. Bu barədə Corriere della Sera nəşri yazır.
«Bu tarixi həddin keçiləcəyi çoxdan, «şişt qazı» inqilabı ABŞ-a xam neft və təbii qaz istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verəndən bəri gözlənilirdi.  Rəqəmlər vacibdir, çünki yüngül neft kimi bəzi spesifik məhsullaraa görə Səudiyyəni keçmək hələ mümkün olmayıb. Rusiyanı ötməyi isə bu onilliyin sonlarına qədər gözləmək olar» – deyə məqalə müəllifi yazır.
«ABŞ-ın bu addımı dünyya qiymətlərinin azalmasına yardım edir. Gələcəkdə neft və qazın istehsalı bir qədər də artacaq. Kvotaların OPEK ölkələrinin kaprizlərindən asılı qaldığı vaxtlar tezliklə geridə qalacaq. İndi ABŞ enerjidən xarici siyasətdə alət kimi istifadə edə bilər. ABŞ enerji müstəqilliyinə doğru gediir və bu da onların Yaxın Şərqdən asılılığını azaldır. Gələcəkdə digər ölkələrə, ilk növbədə  Avropa və Asiyadakı müttəfiqlərinə xam neft tədarük etməyə imkan verəcək. Bu gün Avropada «mərkəzi istlik sistemini» söndürə biləcək Moskvanın şantaj imkanları azaldılacaq», – deyə qəzet yazır.
 

azadlıq.info