“Baghlan Group” şirkətinin və “Bakı” futbol klubunun prezidenti, tanınmış milyoner Hafiz Məmmədovla bağlı Modern.az saytına ilginc məlumat daxil olub. Məlumata görə, Hafiz Məmmədovun Bakıdakı malikanəsi bu dəqiqələrdə məhkəmə icraçıları tərəfindən boşaldılır. İş adamının Teymur Əliyev küçəci 67 ünvanında yerləşən, dəyəri 3 milyon dollar qiymətləndirilən villasının qarşısına məhkəmə icraçıları, polis toplaşıb.
Villanı mühafizə edən silahlı qoruyucular məhkəmə icraçılarını binaya buraxmaqdan imtina ediblər. Məsələ ilə bağlı H. Məmmədov məlumatlandırılıb və o probelmin həll etmək üçün çalışdığını deyib.
Məlumata görə, H.Məmmədov müsadirə olunan villanı oğluna toy hədiyyəsi kimi bağışlayıbmış. Məhkmə 300 min manat borcu qaytara bilmədiyinə görə, onun əmlakının boşaldılması barədə qərar verib.