Azərbaycanda zavodda yanğın

Hadisə İmişlidə Pambıq emalı zavodunda baş verib

İmişlidə Pambıq emalı zavodunda yanğın olub. 

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Pambıq emalı zavodunun ərazisinə yığılmış ümumi çəkisi 60 ton olan pambıq tayasında baş verib.

Hadisə nəticəsində 10 kiloqram pambıq yanıb.

Pambıq tayasının qalan hissəsi və yaxınlıqdakı digər pambıq tayaları yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.