Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Binəqədi Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbə sakini, 1962-ci il təvəllüdlü Mehdiyev Ağaməmməd Qələndər oğlu telefon dirəyində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
A.Mehdiyev Bakı Telefon Rabitə İstehsalat Birliyinin 401 saylı Biləcəri ATS-də elektrik işləyib.
Faktla bağlı araşdırma aparılır.