İki başlı tısbağa FOTO VİDEO

Amerikanın Men ştatında yaşayan Ketlin Hadson saxladığı cücələrin yolu keçməsinə nəzarət edərkən təsadüfən cücələrin arasında balaca tısbağanın olduğunu görür və onu avtomobillərin təkəri altında qalmamaqçün götürür.

Azadliq.info-nun Daily Mail-ə istinadla verdiyi xəbər görə Hadson tısbağaya diqqətlə baxanda onun iki başının olduğuna şahid olur. Təəccüblü və maraqlı olan bu hadisədən sonra qadın tısbağanı evində saxlamağa qərar verir. Tısbağanın yeni sahibəsi ona ad da verib. İki başı olduğu üçün balaca tısbağanın iki adı da var.

Frenk və Steinə baxmaq üçün Hadsonun evinə gələnlərin ardi-arası kəsilmir. Qadın tısbağanı suya buraxan zaman onları diqqətdə saxlayır. Çünki bu iki balaca baş suda da quruda da bir-birlərinin əksinə hərəkət etməyi sevirlər.