Xaçmazda toyda dava: 1 ölü

Xaçmaz rayonunda qətl hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qusarçay kəndində qeydə alınıb.
 
Kənd sakini, 1986-cı il təvəllüdlü Xeyrullayev Rüfət İlham oğlu toyda dayısı oğlu, 1982-ci il təvəllüdlü Saleh Hacıyevlə mübahisə edib. S. Hacıyev bibisi oğlunu pilləkandan itələyib. Xəsarət alan R. Xeyrullayev evə qayıtdıqdan sonra ölüb.
 
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, sentyabrın 26-da Xaçmaz rayonunun Palçıq-Oba kəndində yerləşən “Zümrüd” şadlıq sarayında S.Hacıyev qohumu R.Xeyrullayevi döyüb. R.Xeyrullayev hadisə yerində ölüb.