Yeni qoşulanlar arasında, Böyük Britaniya, Belçika, Danimarka və Hollandiya da var.
Anti-İŞİD koalisiyasına daha bir neçə ölkə qoşulub. Yeni qoşulanlar arasında, Böyük Britaniya, Belçika, Danimarka və Hollandiya da var.
Britaniya hərbisinin İŞİD terrorçu qruplaşmasına qarşı mübarizəyə qatılması məsələsi ötən gün ölkə parlamentində səsverməyə çıxarılmışdı. Səsvermə zamanı qanunvericilərin 524-ü planın lehinə, 43-ü əleyhinə səs vermişdi.
Ötən gün, eyni zamanda, Belçika parlamentində də məsələ səsverməyə qoyuldu. Qanunvericilərin əksəriyyəti hərbi hava qüvvələrinin İŞİD silahlılarının mövqelərinə aviazərbələr endirməsinə razılıq veriblər.
“Biz məsələyə biganə qala bilməzdik. Zorakılıqların təkcə, Suriya və İraqda deyil, eyni zamanda, Əlcəzairdə yaşandığını gördükdən sonra biz qərarımızı verdik. Əlcəzairdə baş verən hadisə yenindən təkrarlana bilər” – deyə Reynders qeyd edib.
Danimarka hərbi qüvvələrinin koalisiyaya qoşulacağı barədə isə, ölkənin baş naziri Helle Torninq Şmidt açıqlama verib. Nazir qeyd edib ki, İŞİD-ə qarşı Danimarkadan 7 Ef-16 tipli qırıcı mübarizəyə qoşulacaq.
Hollandiyanın müdafiə naziri Janin Hennis Plasşert də, həmçinin, döyüşə hazır olduqlarının vurğulayıb.
Amerika Birləşmiş Ştatlarınnın müdafiə naziri Çak Heyqel koalisiyaya qoşunların bu addımını yüksək qiymətləndirdiyini deyib.
“Belçika, Danimarka və Hollandiya əməliyyatlarda iştirak etmək istəklərini bildirdilər. Birləşmiş hərbi qüvvələr İŞİD-in İraqda azadlıq qazanmasına və öz planlarını icra etməsinə mane olacaq” – deyə Heyqel bildirib.
Koalisiyanın tərkibində, eyni zamanda, 5 ərəb ölkəsi – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn və Qətər də var.