İŞİD tərəfdarları İstanbul universitetinə hücum etdi

İŞİD terro qruplaşmasını dəstəkləyən bir qrup adam İstanbul Universitetinə hücum edib. Türkiyə mətbuatının məlumatın görə, İstanbul Universitetinin ədəbiyyat fakültəsində İŞİD-i pisləyən plakat terrorçu qruplaşmanın dəstəkləyənləri özündən çıxarıb və onlar universitetə hücum edib. Terror qruplaşmasını dəstəkləyən tələbələrin yaratdığı “Müsəlman gənclik” təşkilatının üzvləri plakatın yığışdırılmasını tələb ediblər. Bir müddət sonra isə dəyənəklərlə fakültəyə hücum ediblər. Hücum zamanı bir tələbə başından yaralanıb. Polis 3 nəfəri saxlayıb.